Rusiya Tbilisini Qərbdən qoparır: Gürcüstandan sonra növbəti proseslər Ermənistan da olacaq
25.10.2024

Gürcüstanda keçiriləcək parlament seçkiləri Cənubi Qafqazda Rusiya və Qərb arasında siyasi mübarizənin həlledici mərhələsidir. Moskva Moldova və Gürcüstani Qərbdən uzaqlaşdırmaq üçün hərbi təzyiq istisna olmaqla bütün mümkün vasitələrdən istifadə edir.

Moldovadan fərqli olaraq Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır. İki ölkə arasında uzun müddətdir ki, ikitərəfli konfidensial danışıqlar da gedir. Gürcüstanın Qərbdən uzaqlaşib, Moskva xəttinə üstünlük verməsi, əsasən Gürcü Arzusu partiyasının fəxri lideri, oliqarx B. İvanaşvilinin siyasi planıdır. Rusiya tərəfindən Gürcüstana göndərilərək problemsiz hakimiyyəti götürdü.

Hazirda Qərbdən uzaqlaşmaq üçün gürcü hökuməti xalqı Ukrayna müharibəsi ssenarisi ilə qorxudur. Məhz Rusiya bütün vasitələrdən istifadə edərək seçkilərdə "Gürcü Arzusu" partiyasının hakimiyyətdə qalmasına çalışır.

Əgər, "Gürcü Arzusu" hakimiyyətdə qalacaqsa, Qərbin Gürcüstan və Moldova siyasəti fiaskoya uğrayacaq. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya Gürcüstana sanksiyalar tətbiq edəcək. Əldə olunan razılaşmalar dayandırılacaq.

26 oktyabrda Hakim "Gürcü Arzusu" partiyasının qələbəsi Rusiyanın hərbi vasitələrdən istifadə etmədən Gürcüstanı Qərbdən qoparması demək olacaq. Gürcüstandan sonra növbəti proseslər Ermənistan da olacaq. Azərbaycanın Rusiya ilə normal siyasəti Qərbin Azərbaycana təzyiqlərinə yol açıb. Qərb unudur ki, Azərbaycan müstəqillik qazanandan bəri özünün müstəqil siyasəti və manevr qabiliyyəti olub.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini, siyasi ekspert

visiontv.az