Rus hərbiçiləri Xerson merini oğurlayıblar
Rus hərbiçiləri Xerson merini oğurlayıblar
28.06.2022 MEDİA Tərəfindən

Rus hərbiçiləri Xerson şəhərinin meri İqor Kolıxayevi qaçırıblar

Bu barədə RBC-Ukrayna onun müşaviri Qalina Lyaşevskayanın açıqlamasına istinadən xəbər verir.

"İqor Kolıxayevi apardılar" deyə o, Facebook-da yazıb.

Xəbər verdiyimiz kimi, Xerson vilayət şurasının deputatı Sergey Xlan bir müddət əvvəl bildirmişdi ki, rus işğalçıları tərəfindən adam oğurluğu barədə xəbərlər demək olar ki, müvəqqəti işğal olunmuş bütün yerlərdən gəlir. Bunun üçün rus qoşunları müəyyən siyahılardan istifadə edir.

Xatırladaq ki, bir müddət əvvəl işğal olunmuş Xerson şəhərinin meri İqor Kolıxayev demişdi ki, işğalçıların yerli fəallar və hərbçilər haqqında məlumatı var.

Qeyd edək ki, aprel ayında rusları Xerson vilayəti dövlət administrasiyasının keçmiş rəhbəri Andrey Putilovu oğurlayıblar.

visiontv.az