Reuters: “Xameneyi hərbi hazırlıq əmri verib”
08.04.2025

“Reuters” xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli İran rəsmisi Tehranın ABŞ prezidentinin birbaşa danışıqlar təklifini rədd etməsilə yanaşı, Oman vasitəsilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Xəbər agentliyinin məlumatına görə, İran İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn də daxil olmaqla ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq edib ki, Amerikanın mümkün hücumuna, o cümlədən hava məkanından və ya ərazisindən istifadə edilməsinə dəstək düşmənçilik kimi qiymətləndiriləcək.

Rəsminin sözlərinə əsasən, İranın ali rəhbəri Əli Xameneyi ölkənin silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8