Rəsmi Tehran ABŞ-ın İran dronlarının Kaliforniyaya çata biləcəyi ilə bağlı iddialarına münasibət bildirib
16.03.2026

“Son danışıqlarda İranın ABŞ-ı 10-11 ədəd atom bombası istehsalı ilə təhdid etməsi yalandır”.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinqdə deyib.

O bu iddianı “gülünc” hesab edib və əlavə edib ki, uranın 60% zənginləşdirilməsi nüvə silahının istehsal olunacağı mənasını vermir.

Bəqayi İran dronlarının  ABŞ-ın qərb sahillərinə çata biləcəyi ilə bağlı iddialara da cavab verib.

“Amerikalılar İran dronlarının uçuş məsafəsini bilmirlər? Bilmirlər ki, İran dronları Körfəzdən 6500 mil aralıda olan Kaliforniyaya çata bilməz? ABŞ  rəsmiləri bu iddiaları məqsədyönlü şəkildə ortaya atırlar. Bu cür fikirlər  ABŞ-da “yalançı bayraq” əməliyyatına hazırlıq ola bilər”,- Bəqayi bildirib.

visiontv.az