Qarabağın işğalının sona çatması bölgədə davamlı sülh üçün əsas mərhələdir. Regional sülhün davamlı olması lazımdır.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, Cənubi Qafqazda olan qeyri-sabit vəziyyət heç kimin xeyrinə olmayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bölgə, həm də Azərbaycanın inkişafı üçün addımlar atır”.
Hakan Fidan qeyd edib ki, davamlı sülh üçün bir neçə maddənin də razılaşdırılması lazımdır: “Ümid edirik ki, 2025-ci ildə bu maddələr də razılaşdırılar”.