Rejiminin əsl casusları kimdir?
20.06.2025

İran rejimi son vaxtlar tez-tez bəyan edir ki, guya ölkədə tutulan şəxslər İsrailin casuslarıdır. Hər gün “yiyəsiz” Əfqanıstan vətəndaşlarını tutub, heç bir ədalətli məhkəmə prosesi olmadan edam edir və sonra ictimaiyyətə “bunlar muzdludurlar, İsrail üçün çalışıblar” deyə təqdim edir.

Lakin əsl sual budur: İsrailin casusları həqiqətən bu küçədən toplanmış miqrantlardırmı, yoxsa İran sisteminin içində gizlənənlərdir?

Gəlin faktlara baxaq:

İranın içində müəyyən şəxslər İsraillə əlaqəli fəaliyyətlərini rəsmən lisenziya alaraq həyata keçiriblər. Müdafiə Nazirliyindən PUA (pilotsuz uçuş aparatı) istehsalı üçün icazə alıblar, zavod qurublar, sınaq uçuşları həyata keçiriblər. Bu “icazəli fəaliyyətlər” vasitəsilə ölkənin ən strateji hərbi obyektlərini xəritələşdiriblər.

Bu məlumatlar indi İsrailin istifadəsindədir və nəticə ortadadır: zərbələr tam dəqiqliklə, sistemli şəkildə məhz həmin obyektlərə endirilir.

İsrail bu sahədə uşaq oyunu oynamır — peşəkar şəkildə işləyir və informasiya bazasını İranın öz sistemindən toplayır.

Deməli, rejimin küçələrdə tutub asdığı insanlar deyil, əsl “sızma” və “xəyanət” onun öz daxilində, icazə verənlər və nəzarət edənlər sırasındadır.

Bir 3 nəfər şəkili ola bilər

Sadiq İsabəyli

visiontv.az