İranın ali rəhbəri Əli Xameneyi Məhəmməd Peyğəmbərin qızı Həzrət Fatimeyi Zəhranın mövludu münasibətilə keçirilən mərasimdə ölkənin hazırkı vəziyyətini “geniş təbliğat və media müharibəsi” fonunda dəyərləndirib.
Xameneyinin sözlərinə görə, “bu gün düşmənin əsas məqsədi İran xalqının ürəyini, düşüncəsini və beynini dəyişdirmək və ələ keçirməkdir”. O, bildirib ki, hərbi basqılarla ölkəni nəzarət altına almağın mümkün olmadığını anlayan qüvvələr informasiya mübarizəsinə üstünlük verirlər.
Onun fikrincə, bəzi dairələr qəsdən “panika yaratmaq” və cəmiyyətdə qorxu, şübhə hissi formalaşdırmaq istəyir. Xameneyi İranın buna qarşı dayanacağını vurğulayıb. O, hazırkı vəziyyəti “informasiya müharibəsi” adlandıraraq bunun ölkə üçün əsas təhlükə olduğunu qeyd edib.
visiontv.az