Qardaşı şəhid, özü müharibə iştirakçısı olan Səbuhinin SOCAR “Azəriqaz” İB tərəfindən həll edilən müraciəti
Videonu Aç
Qardaşı şəhid, özü müharibə iştirakçısı olan Səbuhinin SOCAR “Azəriqaz” İB tərəfindən həll edilən müraciəti
26.09.2022 Azəriqaz Tərəfindən

44 günlük Vətən müharibəsində soyadından söz etdirməyi bacaran Sahratovlar ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciətin həlli özünü çox gözlətməyib.

Şəhid gizir Cavid Sahratovun qardaşı Səbuhi Sahratlının istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Qeyd edək ki, Yardımlı rayonunda yaşayan Sahratovlar ailəsinin hər iki üzvü Vətən müharibəsində iştirak edib. Gizir Cavid Sahratov qəhrəmancasına şəhid olub. Səbuhi isə qardaşının döyüş yolunu layiqincə davam etdirməyi bacarıb və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Visiontv.az