Putinin andiçmə mərasimi başlayıb
07.05.2024

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

Andiçmə mərasimi Böyük Kreml Sarayında keçirilir.

2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovsk zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevsk zalına gətirilməsi ilə başlayıb.

Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar.

Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvk zalına yola düşüb.

Kreml sarayında keçirilən andiçmə mərasimi ilə əlaqədar Moskvanın mərkəzində təhlükəsizlik tədbirləri görülüb.

Mərkəz rayonlarda mobil rabitə ilə bağlı problemlər yaranıb.

Qeyd edək ki, Putin bu gün andiçmə mərasimindən sonra beşinci dəfə dövlət başçısı vəzifəsinin səlahiyyətlərinə başlayacaq. Andiçmədən sonra Mixail Mişustinin başçılıq etdiyi hökumət istefaya gedəcək. Putin yeni baş nazirin təyinatı ilə bağlı Rusiya parlamentə müraciət edəcək. Kremlin sözçüsü Dmitri Peskov yeni hökumət sədrinin Putin tərəfindən bu gün parlamentə təqdimatının göndərə biləcəyini açıqlayıb.

visiontv.az