“Sistema” layihəsinin jurnalistləri müəyyən ediblər ki, Putin hərəkətlərini gizlətmək və təhlükəsizliyini artırmaq məqsədilə öz kabinetini “klonlayıb”. Minlərlə videogörüntünün təhlili göstərib ki, diktatorun ən azı üç demək olar eyni kabineti var - Novo-Oqaryovoda, Soçidə və Valdayda. İnteryerlər xırda detallar istisna olmaqla, tamamilə eynidir: qapı tutacaqlarının forması, bəzəklər və əşyaların yerləşməsi kimi fərqlərlə.
Araşdırmaçılara görə, Kreml rəsmi məlumatlarda qəsdən real yerləri dəyişdirir. Məsələn, 2018-ci ildə Kemerovodakı “Zimnyaya Vişnya” (Qış Albalısı) ticarət mərkəzində baş vermiş yanğından sonra keçirilən müşavirə guya Novo-Oqaryovoda baş tutub, amma əslində Valdayda keçirilib.
Hazırda əsas istifadə olunan məhz Valday iqamətgahıdır: 2025-ci ilin əvvəlindən etibarən Putin demək olar ki, başqa yerlərdə görünmür. Bu iqamətgah 14 hava hücumundan müdafiə kompleksi, o cümlədən 13 “Pantsir” qurğusu ilə qorunur.
visiontv.az