Prezident SOMDA-nın bir qrup hərbçisini təltif edib
16.03.2026

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə   Azərbaycan Respublikası Strateji  Obyektlərin Mühafizəsi Dövlət   Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Hüseynov Ramil Arif oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Mövlayev Samir Yaqub oğlu – mayor

Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

Eldarov Zaur Səvzixan oğlu – kapitan

Hüseynov Elçin Allahverdi oğlu – kapitan

Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

Vahabzadə Şahin İdayət oğlu – leytenant

Adamov Xəyal Fikrət oğlu – baş çavuş

Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.

visiontv.az