Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
16.03.2026

Biz Gürcüstanla bağlı başqa nə edə biləcəyimizi düşünürük, belə ki, bu ölkədəki vəziyyət getdikcə daha da ciddiləşir.

Bunu  Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O xatırladıb ki, Gürcüstan diplomatları üçün  Aİ-yə vizasız gediş-gəliş rejimi martın 6-dan dayandırılıb.

Kallas Gürcüstan hökumətinin qətiyyən düzgün istiqamətdə addımlamadığını vurğulayıb.

Qeyd edək ki, Aİ-nin  Xarici  İşlər Şurasının bu gün keçiriləcək iclasında Gürcüstanla bağlı məsələ də müzakirə olunacaq.

visiontv.az