Polşa Prezidenti: Litvanı Rusiyanın hücumundan qorumaq üçün bütün zəruri addımlar atılacaq
15.04.2024

Litvanı Rusiyanın hücumundan qorumaq üçün bütün zəruri addımlar atılacaq.

Visiontv.az  APA-ya istinadən xəbər  verir ki, bunu Litvanın Dövlət Televiziyasına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.

O əlavə edib ki, belə olan halda NATO-nun sükut nümayiş etdirməsi onun iflası ilə nəticələnəcək:

“Bizim ölkəmizlə bərabər Litva da NATO-nun üzvlərindən biridir. Alyansın nizamnaməsinin 5-ci maddəsi göstərir ki, bir dövlətə hücum bütövlükdə NATO ölkələrinə qarşı yönəlmiş hesab olunur. Bu öhdəliyin pozulması NATO-nun parçalanması kimi böyük faciə ilə nəticələnəcək”.

Duda onu da vurğulayıb ki, hazırda 5-ci maddənin işə düşməsi üçün kifayət qədər səbəb yoxdur.

"Bu məsələ NATO-nun tərkibindəki dövlətlərin birgə məsləhətləşmələri nəticəsində həllini tapmalıdır. Lakin hesab edirəm ki, ölkələrimiz arasında hərtərəfli birgə dəstəklə bağlı yekdil fikir mövcuddur. Hələlik vəziyyət genişmiqyaslı müharibə həddinə çatmayıb, lakin bu təhlükə hər  zaman mövcuddur” –Andjey Duda fikrini yekunlaşdırıb.

visiontv.az