Patriarx III Teofilos Qüdsdə gərginliyin artması və müqəddəs yerlərə hücumların fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək üçün İstanbula gəlib.
Dolmabaxça sarayında Türkiyə Prezidenti R.T. Ərdoğan Patriarx III Teofilosin rəhbərliyi ilə Qüdsün xristian icmasının qəbul edib.
Qüdsün Patriarxı Teofilosin elan edib ki, şəhərin xristian icmasının İstanbula səfərinin məqsədi Qüdsdə xristian irsinin qorunmasında Türkiyənin dəstəyini nail olmaqdır.
Görüşün ardınca Patriarx III Teofilos Türkiyə prezidenti R.T. Ərdoğana qərb dünyasını şoka salan bir tablo hədiyyə edib.
Tablo , Məhəmməd Peyğəmbərin (s) ən yaxın səhabələrindən biri və müsəlmanların ikinci xəlifəsi Ömər ibn əl-Xəttabın 638-ci ildə Qüdsü fəth etməsindən sonra xristianlara həyat və din azadlığı verən əmənnaməsinin orijinal sənədinin köçürməsidir.
Sadə dildə izah etsəm , Qüdsün xristian Patriarxı İstanbulda açıq şəkildə bəyan etdi ki, onlar , Həzrəti Ömərin xristianlara verdiyi zəmanəti Türkiyə prezidenti Ərdoğanın qaytarmasını gözləyirlər.
Qüdsün xristian icması dünyada bu qədər xristian qlobal güc ölkə rəhbəri varkən, təhlükəsizliklərinə zəmanəti Rəcəb Tayyib Ərdoğandan gözləyirlər.
Tarixdə çox nadir hallarda “Aypara və Xaçın ittifaqı” mövcud olmuşdur və bu gün bu ittifaq Tanrının şəhəri Qüdsdə üç dinin mirasını müdafiə etmək üçün Türkiyədən zəmanət istəyir.
Qüdsün Patriarxının İstanbula bu səfərindəm sonra Yunan Patriarxı Varfolomey tələm-tələsik ABŞ-a gedib.
Ağ evdə ABŞ prezidenti ilə görüşüb və orda illərdir əzbərlədikləri və bir işə yaramayan tezisi səsləndirib :
- “Türkiyədə dini və diğər azlıqlar təqib olunurmuş...”.
Yeganə Hacıyeva
visiontv.az