Paşinyanın təyyarəsinin Ukrayna dronlarına görə Moskvaya enə bilmədiyi təsdiqlənib
11.12.2025

Paşinyanın təyyarəsi Moskvada hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə saatlarında Moskvaya enə bilməyib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

APA-nın Moskva bürosunun xəbərinə görə, TASS mənbəyə istinadən Nikol Paşinyana məxsus olduğu güman edilən təyyarənin Moskvaya eniş etdiyinə dair məlumat yayıb.