Paşinyan Müdafiə Nazirliyinin qapalı iclasını çağırdı
Ermənistanın baş naziri Nikol Paşinyan martın 25-də Müdafiə Nazirliyində qapalı işçi iclas keçirəcək.
Visiontv.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı hökumətin mətbuat katibi Vladimir Karapetyan verib.
Onun sözlərinə görə, görüş axşam saatlarında keçiriləcək. Karapetyan iclasla bağlı başqa təfərrüatlar açıqlamayıb.