OPEC və OPEC+ ölkələri neft ixrac kvotasına sadiq qalacaqlarını bəyan ediblər. Yəni bu o deməkdir ki, OPEC ölkələri hasilatı artırıb qiymətləri endirmək istəmirlər.
Başqa sözlə ABŞ-a və Avropaya "otkaz" gedirlər. Yeri gəlmişkən, dünən-sırağagün Boris Conson körfəz ölkələrində idi. Görünür ki, ərəblərə təsir edə bilməyib.
Bunun səbəbi düşünürəm ki, sırf iqtisadidir. Neft ölkələri düşünür ki, Ukrayna müharibəsinə görə onsuz da qarşıda ciddi iqtisadi böhran gözlənilir, bir çox Yaponiya və Avropa firmaları müvəqqəti də olsa istehsalı dayandırırlar. Yəni indi baha qiymətə nə satdınsa satdın. Bir azdan onsuz da neft su qiymətinə düşəcək. Hazırda isə qiymətlrə elə də pis deyil, xüsusən də pandemiya dövründə ciddi gəlir itkisi yaşayan neft ölkələri bu itkiləri kompensasiya etmək fürsəti əldə edib.
İkinci səbəb siyasidir, yəni biz tərəf olub, iki savaşanın işinə qarışmaq istəmirik.
Üçüncü səbəb isə yenə də maraqlardır. Neft ölkələri, xüsusən də ərəb dövlətləri hasilatı artırmağa hazırdırlar, amma bunun üçün Vaşinqtondan nəsə umurlar. Yəni əgər hasilat artacaqsa, bunun qarşılığında Vaşinqton da ərəblərə nələrsə versin. Hələlik buna görə qabağa "köhnə kötükləri" - Britaniya verilib. ABŞ girsə ərəblərə nəsə boyun olmalıdır.
Kənan Rövşənoğlu
Visiontv.az