2025-ci ilin ilk 3 ayı ərzində İran polisi və SEPAH-ın açdığı atəş nəticəsində 30 nəfər ölüb, 56 nəfər isə yaralanıb.
Bu barədə Bəəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Öldürülənlər arasında 2 azyaşlı uşaq, yaralananlar arasında isə 4 qadın və 1 azyaşlı uşağın da adı var.
Bununla yanaşı İran silahlı qüvvələri qeyd olunan müddət ərzində 7 xarici vətəndaşı öldürüb, yeddisini isə yaralayıb.
Bildirilib ki, ilin ilk 3 ayında 24 etnik bəluç edam edilib, bir neçəsi barədə isə edam hökmü çıxarılıb.
visiontv.az