Onlara rəhbərlik etmək üçün ölünü seçdilər - MOSSAD
13.03.2026

İsraildə İranın yeni təyin olunmuş lideri Müctəba Xaməneinin ölməsi ilə bağlı iddialar çoxalıb.

Buna səbəb MOSSAD-ın X sosial şəbəkəsindəki Fars bölməsinin Müctəba Xameneinin atası Əli Xaməneinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım olub.

“Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü...”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Müctəba Xamənei ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.

visiontv.az