"Nəyə görə diqqəti KOB-ların inkişafına yönəltməliyik?"
01.12.2022

"Hər şey yaxşı olduğu halda nəyə görə diqqəti KOB-ların inkişafına yönəltməliyik?"

Visiontv.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısında çıxışı zamanı bildirib.

"Güclü kiçik və orta sahibkarlığın qurulmasını nəzərdə tutmalı idik. İqtisadi və siyasi şokların fonunda biz sabitlik yaratmalı idik. Biz bildik ki, səhvlərimiz nədən ibarətdir və anladıq ki, nə etmək lazımdır. 2015-2016-cı illərdə uzun müddət neft və qazın yüksək qiymətindən sonra bazarlar tənəzzülə uğramağa başladı və bir çox şoklar yarandı. Odur ki, Azərbaycan öz milli pul vahidinin, devalvasiyanın ağrılı prosesinə keçmək məcburiyyətində qaldı. Bu, iqtisadiyyata, sosial sahəyə də təsir göstərdi", - deyə nazir vurğulayıb.

APA