New York Times: “Ərəb ölkələrinin İran ABŞ danışıqlarına baxışı dəyişib”
21.04.2025

“The New York Times” qəzeti şənbə yazır ki, ekspertlər Körfəz ölkələrinin İran-ABŞ danışıqlarına baxışının dəyişdiyini düşünürlər.

Vaşinqtondakı Körfəz Ölkələri İnstitutunun baş elmi işçisi Kristin Smit-Devan danışıqlarla bağlı deyib: "Bu gün səudiyyəlilərin düşüncəsi dəyişib. Obama dövründə onlar təcrid olunmamaq üçün İran və ABŞ arasındakı yaxınlıqdan narahat idilər, ancaq Tramp dövründə hücumun hədəfinə çevrilməsindən narahatdırlar”.

Avrasiya Qrupu analitik mərkəzinin Yaxın Şərq Departamentinin direktoru Firas Moqsad da vurğuladı ki, Fars körfəzinin ərəb ölkələri indi həmişəkindən daha çox regional sabitliyi qorumaq niyyətindədir.

“Chatham House” beyin mərkəzinin Yaxın Şərq Proqramının direktoru Sənəm Vəkil bildirib ki, “Körfəz ölkələri yalnız danışıqları dəstəkləmir, həm də onların təhlükəsizliyinə və iqtisadiyyatına zərər verə biləcək hər hansı gərginliyin qarşısını almaq istəyir”.

visiontv.az