Netanyahu: “İran oxu zəiflədilib, bölgədə sülh imkanı yaranıb”
09.12.2025

İsrailin baş naziri Benyamin Netanyahu Almaniya kansleri Fridrix Mertzlə keçirdiyi görüşdən sonra bildirib ki, İsrailin son illərdə apardığı hərbi əməliyyatlar Tehranın dəstəklədiyi “müqavimət oxunu” ciddi şəkildə zəiflədir.

Netanyahunun sözlərinə görə, Qəzza və Livanda davam edən müharibələrin birinci mərhələsi başa çatmaq üzrədir və yaxın vaxtlarda razılaşmanın ikinci mərhələsinə keçid gözlənilir.

Baş nazir əlavə edib ki, ayın sonunda ABŞ prezidenti Donald Trampla görüşərək “Həmasın Qəzzadakı hakimiyyətinə son verilməsi yollarını” müzakirə etməyi planlaşdırır.

Netanyahu “müqavimət oxu”nun HƏMAS, İslami Cihad, Hizbullah, İraq Xalq Səfərbərlik Qüvvələri və husiləri əhatə etdiyini xatırladıb.

visiontv.az