Nərgiz Məhəmmədi: İran rejimi qadınlara qarşı müharibə elan edib
18.04.2024

İran rejimi küçələri qadınlara və gənclərə qarşı mübarizə meydanına çevirməklə özünün qeyri-legitimlik dərdinə əlac tapmağa çalışır.

Bunu siyasi məhbus, 2023-cü ilin Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi deyib.

O, hakimiyyətin qadınlara qarşı müharibəsinin nəticə verməyəcəyini və İran xalqının molla rejimi üzərində qələbəsinin mütləq qaçılmaz olduğunu bildirib.

Qeyd edək ki, aprelin 13-dən İranda məcburi hicab qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni tədbirlər keçirilir.

Bu qəbildən olan tədbirlər nəticəsində Tehranın Vüzəra küçəsində  hicabsız olduğu üçün 14 yaşlı qızın həbs edilməsinə etiraz edən gənc qadın məmurlar tərəfindən döyülərək öldürülüb.

visiontv.az