Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır
30.04.2024

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır.

APA-nın  xəbərinə görə, bu fikirləri  “Al Jazeera“ telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat  Mirzoyan səsləndirib.

O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.

visiontv.az