NATO ölkələri Ukraynaya yeni yardım paketini təsdiqləyib
NATO ölkələri Ukraynaya yeni yardım paketini təsdiqləyib
29.06.2022 MEDİA Tərəfindən

Madriddə keçirilən sammitdə NATO ölkələri Ukraynaya yeni yardım paketini təsdiqləyib. Alyans əməkdaşlığın uzunmüddətli perspektivinə ümid edir.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında məlumat verib.

“Bu gün liderlər Ukraynaya hərtərəfli yardım paketini təsdiqləyərək dəstəyimizi artırmağa razılaşdılar”, - Stoltenberq bildirib.

Bu yardım paketi iki əsas hissədən ibarət olacaq. Birincisi, təcili yardım dəstləri, yanacaq, dron əleyhinə sistemlər və təhlükəsiz rabitə üçün avadanlıq ötürəcək.

İkinci növ yardım uzunmüddətli əməkdaşlıq üçün nəzərdə tutulub. Xüsusilə, Ukraynaya sovet silahlarından imtina etməyə və “NATO” texnikasına keçməyə kömək ediləcək.

visiontv.az