"Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib"
Visiontv.az Reporta.az -a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib:
“Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir”.
Onun sözlərinə görə, sovetlər dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb:
“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.
Təbriz Ticarət Palatasının rəhbəri vilayətin enerji çatışmazlığı ilə üzləşdiyini bildirib