Həzrəti Musası çatmayan ruhsuz xalq...
Həzrəti Musası çatmayan ruhsuz xalq...
18.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Könlündən baş nazir olmaq sevdası keçən Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Srbazan (Qalstanyan) İrəvanın mərkəzindəki mitinqlərdə səviyyəsiz çıxışları və taktiki səhvləri ilə erməni xalqında siyasətçilərə və keşişilərə qarşı sonuncu inamı da dəfn etdi.

Hazırda ermənilər tamamilə inamsız və inancsız yaşayan bir topluma çevrilib.

İşğalçı və terrorçu toplumun belə bir mənəvi boşluğa və böhrana düşməsi heç şübhəsiz ki, indiyə qədər törətdikləri vəhşiliklərin, soyqırımlarının qarşılığında ilahi cəzadır.

Bir 1 nəfər şəkili ola bilər

Baqrat "xilaskar mələk" obrazına girib yenidən erməniləri Köçəryan, Sərkisyan kimi siyasi quldurların boyunduruğu altına salmaq istəyirdi. Bu da onun ildırım sürətilə gözdən düşməsinə səbəb oldu. Ona görə də indi artıq bu toplumda hətta ağ libas geyinmiş mübariz keşişlər də Xilaskara çevrilə bilmirlər.

İndi erməni cəmiyyətinin bir Həzrəti Musası çatmır ki, onları düz 40 il öz arxasınca səhralarda gəzdirib tövbə etdirsin.

P.S.

Xalqlar çox nadir hallarda bu cür dərin apatiya və ruhsuzluq mərhələsini yaşayırlar. Və bu mərhələ bəzi xalqların, ümumiyyətlə, tarix səhnəsindən silinməsi ilə nəticələnir. Bu mənada ermənilər bu gün "olum ya ölüm" sualı ilə üzləşmiş toplumdur.

Tarixi faktları saxtalaşdırmağı çox sevən bir toplumun tarixə qovuşması da əsl tarixin istehzası olardı...

Bəybala Mirzəyev

visiontv.az