Son iki gündə Qarabağda ard-arda üç dəfə mina partlayışı baş verib, bir neçə soydaşımız ağır yaralanıb.
Cəbrayıl rayonunda minaya düşən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev isə həlak olub.
Ermənistanın davam edən mina terrorunu kor və kar dünyada görən və eşidən yoxdur. Çünki artıq "dünya birliyi" deyilən mücərrəd qüvvənin özü də yoxdur.
Başqa sözlə desək, "dünya birliyi"nin özü də minalanaraq sıradan çıxarılıb. Əvvəlcə demokrat-liboş qlobalistlər, indi də Putin və Tramp kimi sərsərilər dünya birliyini məhv edib sıradan çıxardılar, beynəlxalq hüququ zorladılar.
Bəybala Mirzəyev
visiontv.az