Yeniyetmələr üzrə keçirilən güləş çempionatında qızıl medal qazanan Əmir Mehdi Səidinəvaya qeyri-adi mükafat verilib.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, İran Təhsil Nazirliyi yeniyetmə idmançını bir ədəd tefelon qazanla mükafatlandırıb.
Yeniyetmənin atası Məhəmməd Səidinəva mediaya verdiyi açıqlamada bunu təhqir adlandırıb.
"Oğlum qızıl medal qazanandan sonra ona mükafat olaraq 1 milyon tümənlik çek (10 dollar) göndərdilər. Bunu qəbul etməyib və geri qaytardım. Bir müddət sonra isə yenidən əlaqə saxlayıb təqdir mərasimi keçirmək istədiklərini və dəyərli mükafat nəzərdə tutduqlarını bildirdilər. Mərasimə getdiyimə peşman oldum, bir teflon qazan verib fotolar çəkdilər. Bu idmana və idmançılara qarşı təhqirdir",- çempionun atası deyib.
visiontv.az