Məsud Pezeşkian sabah ABŞ-a gedəcək
21.09.2026

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Bu barədə İran Prezidentinin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş  Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.

Qeyd edək ki, İranın xarici işlər naziri  Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.

visiontv.az