İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
21.09.2026

ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıb.

 Bu barədə “Azadlıq radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.

Aviadaşıyıcılar Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də yerinə yetiriblər, sentyabrın 21-dən etibarən isə onların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, sentyabrın 8-də  ABŞ Maliyyə Nazirliyinin  Xarici  Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. ABŞ-ın bu qərarından sonra Gürcüstanın Mülki  Aviasiya  Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini bildirib.

visiontv.az