İlon Maskın şöbəsinin "ifşa elədiyi" pullar heç də havaya sovrulan vəsait olmayıb, İmperiyanın qlobal xərcləri olub, necə deyərlər.
Bir dəfə bunu yazmışdım, bəzi yoldaşlar etiraz elədilər. Bu gün ABŞ haqqında qlobal güc, supergüc və sair epitetlərdən istifadə olunur. Əslində isə bunun sadə adı dünya imperiyasıdir. 2 min il əvvəl Roma nə idisə, bu gün ABŞ odur. Dünyanın az qala 150 ölkəsində hərbi qüvvə saxlayan, 900 milyard dollar hərbi büdcəsi olan dövlət dünya imperiyasıdir. Təbii ki, imperiyanın öz xərcləri var. O kiçik ölkələrə, xüsusilə də zəruri nöqtələrə pul xərcləməlidir.
Türkiyə dövlət xadimi İsmət İnönü demişkən, səndən tərəf olanlara bir şey verməsən, niyə səndən tərəf olsunlar? Tramp bunu ya başa düşmür, ya da bu sistemi yenidən dizayn etmək istəyir. Əlbəttə, elə də asan deyil.
Amma görünür ki, xərclərin həddindən artıq böyüməsi Tramp və onun şəxsində mühafizəkar elitanı narahat edir. Ona görə də təftiş edirlər. Amma düşünürəm ki, bu xərclər yenidən bərpa olunacaq. Əlbəttə, bu dəfə Tramp komandasınin, yəni mühafizəkarların nəzarəti altında.
Kənan Rövşənoğlu
visiontv.az