Güney Azərbaycanın incisi yenidən nəfəs alır
17.04.2026

Son günlər yağan yağışlardan sonra Urmu gölündə su səviyyəsinin artdığı və gölün yenidən canlandığı bildirilir.

Bununla bağlı, “Tasnim News” agentliyi görüntülər paylaşıb.

Güney Azərbaycanın incisi sayılan Urmu gölü hazırda həm yerli əhali, həm də İranın müxtəlif bölgələrindən gələn turistlər üçün cəlbedici məkana çevrilib.

Görüntülərdə göldə canlanmanın artdığı, təbiətin əvvəlki gözəlliyini qismən geri qazandığı diqqət çəkir.

Qeyd edək ki, Urmu gölü uzun illərdir quruma təhlükəsi ilə üz-üzədir və son yağışlar bölgədə ümidverici dəyişiklik kimi dəyərləndirilir.

visiontv.az