"Maliyyə vəziyyətimiz inqilabdan öncəkinə nisbətdə pisləşib"
12.12.2025

İran keçmiş prezidenti və Əli Xameneyinin İslam Respublikasının ilk liderinin varisi kimi hakimiyyətə gəlməsində əsas təsirli şəxs olan Əkbər Haşimi Rəfsəncaninin böyük oğlu Mohsen Haşimi "Fars" xəbər ajansına Haşimi ailəsinin pisləşən maliyyə vəziyyətindən danışıb.

Mohsen Haşimi deyib: “Vəziyyətimiz inqilabdan əvvəlkindən daha pisləşib. İnqilabdan əvvəl vəziyyətimiz daha yaxşı idi. Əlimizdə olan hər şeyi satıb yeyirik.

Biz də işləmirik. Məsələn, əvvəllər Qumda 10 və ya 15 torpaq sahəmiz var idisə, indi, məsələn, 3 sahəmiz qalıb. Tikdik, satdıq və yedik.

"Həyatımız davam edir, amma vəziyyətimiz inqilabdan sonrakından daha pisdir",- Mohsen Haşimi əlavə edib.

visiontv.az