Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Visiontv.az xəbər verir ki, aksiya gecəboyu da davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 56-cı günündə də müxtəlif şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya ötən ilin dekabrın 12-dən başlayıb.
APA