KTMT-nin baş katibi: “Ermənistan təşkilatdan çıxsa...”
24.04.2024

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər”.

Bu açıqlama ilə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov çıxış edib.

O əlavə edib ki, əgər yuxarıda qeyd olunan məqam (qüvvələr nisbətinin dəyişməsi - red.) baş tutarsa, regional təhlükəsizlik amillərini proqnozlaşdırmaq kifayət qədər çətin olacaq.

“Ermənistanın KTMT ilə qarşıdurması ehtimalından danışarkən - ümid edirəm ki, bu, fərziyyədən başqa bir şey deyil - tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır, buna görə də məsələ hazırda son dərəcə aktual kimi təsnif edilə bilməz və ciddi təhlil tələb edir”, - İ.Tasmaqambetov vurğulayıb.

visiontv.az