Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb
10.07.2025

Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.

“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.