KİV: İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
07.05.2024

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

B u barədə “Reuters“ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən,  heyətə  MOSSAD  və “Shin Bet” kəşfiyyat orqanlarının  əməkdaşları cəlb edilib.

visiontv.az