KİV: ABŞ Almaniyadakı hərbi texnikasını Ermənistana yerləşdirəcək
17.03.2025

ABŞ Almaniyadakı “Dülmen” hərbi bazasında mövcud olan texnikanı Ermənistanda yerləşən poliqona köçürməyə hazırlaşır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Russia Today” portalının əldə etdiyi sənədlərdə bildirilir.

Nəql prosesi Gürcüstan vasitəsilə həyata keçiriləcək. Ekspertlər isə indidən bu prosesi ABŞ-nin Ermənistanın hərbi potensialını nəzarət altına alması kimi dəyərləndirilir.

Ermənistan ərazisinə gətiriləcək texnika buradakı “Zar” hərbi bazasında yerləşdiriləcək.

Prosesin iyulun 16-dan avqustun 7-dək həyata keçirilməsi nəzərdə tutulur. Texnikanın yenidən Almaniyaya geri qaytarılması isə 21 avqust – 20 sentyabr tarixləri arasında həyata keçiriləcək.

Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur.



Gündəlik

slide 7 to 10 of 8