Azərbaycan neft-qaz sektorunun əsas göstəriciləri - SON RƏQƏMLƏR
18.03.2025

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 6 512,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az olub.

Bu barədə Visiontv.az-a Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 6 031,1 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,7% azdır.

Neft və qaz hasilatı

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 467,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 309,6 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,2% azalıb, əmtəəlik qaz hasilatı isə 0,1% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 4 478,7 min ton neft (6,2% azalma) və 8 005,6 mln. kubmetr qaz (2,9% azalma) hasil edilib.

Neft-qaz sektoruna investisiyalar

Bu ilin ilk iki ayında Azərbaycanın neft-qaz sektoruna 618,6 mln. manat həcmində vəsait yönəldilib. Hesabat dövründə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 31,6% azalıb.

Neftin ixracı

Yanvar fevral aylarında Azərbaycanda neft kəmərləri ilə 6 048,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,1% azdır.

Hesabat dövründə neft kəmərləri ilə nəqletmənin 73,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 4 429,5 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,3% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9%-i və ya 3 718 min tonunu Azərbaycanda hasil edilən neft (4,2% azalma), 16,1%-i və ya 711,5 min tonunu (15,6% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Qazın dünya bazarlarına çatdırılması

Cari ilin yanvar-fevralıda ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 7 108,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,2% azalma müşahidə olunub.

Maqistral kəmərlər ilə qaz nəqlinin 48%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 3 412,9 mln. kubmetr qaz ötürülüb (4,8%-lik azalma olub).



Gündəlik

slide 7 to 10 of 8