İT sahəsində karyeraya necə başlamaq olar? İT sahəsində hansı sahələr var?
23.03.2024

31-dən çox İT işi var və onların heç də hamısı inkişaf və ya kodla qarşılıqlı əlaqə tələb etmir. İxtisaslar kateqoriyalara bölünür ki, bu barədə bilikləriniz nə qədər çox olsa bir o qədər öz peşənizə daha tez sahiblənmiş olacaqsınız.

Visiontv.az İnformasiya Texnologiyaları üzrə ekspert Səkinə İlqarqızının yazısını təqdim edir:

Hər bir istiqamət üzrə namizədlərin texniki, yaxud “HARD” və “SOFT” bacarıqları üçün öz tələbləri var. Məsələn, Marketing menecerinin İT mütəxəssis kimi yenidən hazırlanması daha asandır, çünki o, bu vəzifə üçün tələb olunan peşəkar bacarıqların əksəriyyətinə artıq malikdir.
“SOFT”bacarıqlar ünsiyyətlə bağlıdır: özünü təqdim etmək bacarığı həm müsahibədə, həm də mütəxəssisin həmkarları ilə ünsiyyət qurmalı və ya bəlkə də onları idarə etməli olduğu işdə kömək edəcəkdir.
Başlanğıcda nəyə diqqət edəcəyinizi bilmək çətindir.

Məlumatın bolluğu insanı qorxudur, təcrübənin olmaması isə məyusedici ola bilər. Aşağıdakı addımlar sizə İT sahəsində peşənizi axtarmağa kömək edəcək:
1. Proqramlaşdırma dili /yaxud ixtisas seçin.
Məsələn, qrafik interfeyslə işləməyi sevirsinizsə, siz front-end və ya mobil inkişafı seçə bilərsiniz. Kodla tanış olmağı və terminalda işləməyi sevirsinizsə, backenddən istifadə edin. Video oyun yaratmaq və məşhur olmaq istəyirsinizsə, Unity (C#) və ya Unreal Engine (C++) kimi hazır mühərrikləri öyrənməlisiniz.

2. Tələbləri və şərtləri öyrənin.
Mütəxəssis yeni sahədə qarşısına çıxacaq vəzifələri yerinə yetirməyə hazırdırmı? Məsələn, İT yeni başlayan birisinin “REMOTE”-yani uzaqdan işləmək üçün işə götürülməsi ehtimalı azdır. Bunun üçün hazır olmaq lazımdır.

İT sahəsində işləməyə haradan başlamaq lazımdır?
Hər hansı bir sahədə işə başlamazdan əvvəl şəxsi karyera hədəfinizi anlamaq ən vacib faktorlardan biridir.
Aşağıdaki suallar fikrinizin formalaşdırmağında sizlərə kömək edəcək.

1. İT sahəsinin hansı ixtisası üzrə inkişaf etmək istərdiniz?
2. Hansı şirkətdə və ya sənaye növü üzrə inkişaf etmək istəyirsiniz?
3. Hansı növ məhsullar və ya layihələr üzərində işləmək istəyirsiniz?
4. İT ixtisası üzrə biliklərinizi artırmaq üçün hansı karyera perspektivləri vacibdir?
5. Hansı məşğuliyyət növü sizin üçün daha üstündür ? ( full time yaxud remote)

Bunlar və bənzər bir tip sualları özünüz üçün aydınlaşdırdıqdan sonra ixtisas seçiminə və təlim proqramı üzrə təhsilə davam edə bilərsiz. Əks halda çoxlu vaxt itkisi ilə üzləşə bilərsiz.

Müəllif: Səkinə İlqarqızı

Müxbir: Bünyamin Bünyadzadə