İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
19.06.2026

Azərbaycanın İslam İnkişaf Bankına üzv olduğu 1992-ci ildən bəri, 30 ildən artıq müddəti əhatə edən əməkdaşlıq çərçivəsində İslam İnkişaf Bankı Qrupu ölkəmizdə iqtisadiyyatın əsas sektorları – kənd təsərrüfatı, enerji, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla, təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirib.

 Bu barədə iqtisadiyyat naziri  Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib. 

Nazir qeyd edib ki, maliyyələşdirilən layihələrin əksəriyyəti artıq tamamlanıb.

“Hazırda ümumi dəyəri 635,9 milyon  ABŞ dolları olan 11 layihə icra mərhələsindədir”, – deyə o vurğulayıb.

visiontv.az