CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
19.06.2026

İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına dair zəmanət tələb edir.

Bu barədə adı açıqlanmayan diplomat CNN-ə məlumat verib.

Onun sözlərinə görə, hazırda vasitəçilər bu problemi həll etməyə çalışır.

Mənbə bildirib ki, İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən təxirə salınıb.

ABŞ-İran dialoqunun növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, danışıqlar bu gün İsveçrədə  ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri  Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə keçirilməli idi.

İsveçrə  Xarici İşlər Nazirliyi görüşün ləğv edildiyini bəyan edib.

visiontv.az