İran parlamentinin İqtisadi Komissiyası inflyasiya ilə mübarizə məqsədi ilə milli valyutadan dörd sıfırın çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Yeni qanuna əsasən, hazırda 10,000 rial olan pul gələcəkdə 1 riala çevriləcək.
İran valyutasının real dəyəri isə son illər ərzində kəskin azalıb:
• Son 1 ildə rial 66,3% ucuzlaşıb;
• Son 5 ildə bu rəqəm 522,9%-ə çatıb;
• 1979-cu ildən bəri isə ümumi ucuzlaşma 1.285.714%-dir.
Qeyd olunub ki, bir vaxtlar 1 ABŞ dolları 70 riala bərabər idisə, hazırda bu rəqəm 900 min rial civarındadır. İslam İnqilabından öncə 5 riala satılan çörək bu gün 12,500 rial dəyərindədir.
Maraqlıdır, doğrudanmı parlament bu yolla inflyasiyanı, valyutanın devalvasiyasını azaltmağa çalışır, yoxsa bu, sadəcə əhalidə psixoloji təsir yaratmaq məqsədi güdür?
visiontv.az