Bu sözləri İran parlamentinin Qoşaçaydan olan keçmiş millət vəkili Cahanbəxş Mohebbiniya "Ruydad 24" saytına müsahibəsində deyib.
O, xüsusən son bir neçə il ərzində bölgə agentlərinin İrana sızdıqlarını, bir sıra əməliyyatlar keçirdiyini söyləyib.
"Buna görə də, bu sahədə olan boşluqları inkar etmək sadəlövhlük olardı",- azərbaycanlı siyasətçi bildirib.
Qeyd edək ki, ekspertlər İsmayıl Haniyənin Tehranda öldürülməsini İranın kəşfiyyat və təhlükəsizlik sisteminin uğursuzluğu kimi qiymətləndirirlər.
Ölkənin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) büdcəsinin 10 dəfə artırılmasına baxmayaraq, qurum davamlı məğlubiyyətlərə uğrayır.
visiontv.az