İranın Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib.
Bu haqda haqda İran mediası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, biri isə yaralanıb.
Bəluc Fəallarının Kampaniyasının yaydığı məlumata görə, hadisə yerinə çox sayda hərbçi və polisin cəlb olunub, bölgə mühasirəyə alınıb.
Hələlik silahlı hücumun məsuliyyətini heç bir təşkilat öz üzərinə götürməsə də, bunun "Ceyş əl-Ədl" silahlı qruplaşmasının işi olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.
visiontv.az