Şahin Mustafayev: "İranla sərhəddə sutkada 1000-ə yaxın yük maşını buraxılacaq"
17.04.2026

"Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək".

Visiontv.az  "Report"a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev  Bakıda  Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə  Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü  və  Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - Ş.Mustafayev qeyd edib.

visiontv.az