İranda elektrik enerjisinə məhdudiyyət tətbiq ediləcək
23.11.2026

Əgər mövcud vəziyyət davam edərsə, elektrik enerjisi istehlakına məhdudiyyətlər qoymaq məcburiyyətində qalacağıq.

Bu haqda İran Elektrik Enerjisinin İstehsalı və Ötürülməsi Şirkəti xəbərdarlıq edib.

"Müharibə şəraiti səbəbindən elektrik stansiyalarının dizel ehtiyatlarının azalması və qışda məişət qaz istehlakının artması, keçən illə müqayisədə qarşıdakı aylarda elektrik stansiyalarının yanacaqla təmin edilməsini daha da çətinləşdirib",- xəbərdarlıq bəyanatında bildirilib.

Qeyd olunub ki, növbəti dörd ay ərzində istehlakı müəyyən edilmiş normadan xeyli çox olan yaşayış, kommersiya və ofis müştərilərinin elektrik enerjisi bir neçə həftəlik kəsiləcək.

visiontv.az