Ermənistnın TRİPP-lə bağlı təminatları yetərli deyil
23.11.2026

İran Ermənistanın TRİPP layihəsi ilə bağlı verdiyi təminatlarla kifayətlənmir və onun həyata keçirilməsini diqqətlə izləyəcək.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai TRİPP layihəsinin İranın maraqlarına zərər vurmayacağına dair İrəvanın verdiyi təminatların Tehran üçün yetərli olub-olmadığı barədə suala cavabında deyib.

“Təbii ki, bu, heç də belə deyil. Biz digər tərəflərin yalnız vədləri və təminatları ilə kifayətlənmək niyyətində deyilik. Birincisi, bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil, dövlət əhəmiyyətli məsələdir. Ölkənin bütün müvafiq qurumları vəziyyətin inkişafını diqqətlə izləyir və zərurət yarandığı təqdirdə lazımi tədbirlər görəcək”, – o bildirib.

Baqainin sözlərinə görə, vəziyyəti sabitsizləşdirə biləcək qüvvələrin, eləcə də regional təhlükəsizliyə və İranla region ölkələri arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək üçüncü dövlətlərin müdaxiləsinin qarşısı alınmalıdır.

visiontv.az