İranda daha bir etnik bəluç öldürüldü
10.04.2025

Etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin Delqan şəhərində mülki geyimli məmurlar 23 yaşlı Məcid Əmrar adlı etnik bəluçu güllələyərək öldürüblər.

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, şəxsi motosikleti ilə hərəkət edən Məcid Əmrara xəbərdarlıq edilmədən atəş açılıb və o yerindəcə həlak olub.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

visiontv.az